Bakıda zibillikdən silah-sursat tapıldı (VİDEO)
Bakıda məişət tullantılarının arasından silah-sursat tapılıb. ANS TV-nin məlumatına görə, “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən vaxtaşırı toplanan məişət tullantılarının içərisindən elə əşyalar tapılır ki, təəccüblənməmək mümkün deyil. Bu dəfə isə təhlükəli əşyalar arasında çox sayda 5.45, 7.62 və digər çaplı patronlar, iki minaaxtaran və bir TİR tüfəng də var.
“Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov deyir ki, əməkdaşlar əvvəlcədən bu kimi təhlükəli əşyalarla necə hərəkət etməli olduqları haqqında məlumatlandırılır. Daha sonra bu əşyalar mütəxəsislərə göndərilir. Təhlükəsiz yerdə yerləşdirilən əşyalar polis əməkdaşlarına təhvil verilir.
Ancaq bu silah və sursatlar məişət tullantılarının arasından tapılan ilk belə tapıntı deyil. Ancaq sursatlarla yanaşı, müxtəlif qiymətli və tarixi əşyalara da tez-tez rast gəlinir. Misal üçün, müxtəlif vəsiqələr, bank kartları, avtomobil sənədləri də öz sahibini gözləyir.
Etibar Abbasov həmçinin bildirdi ki, axrıncı dəfə çoxlu xırda qəpiklər toplanmışdır ki, bu da Bakıda yerləşən uşaq evlərinə yardım kimi verilib. Burada tapılan vacib sənədlər Daxili İşlər Nazirliyinin nəznində olan Tapıntılar bürosuna xəbər verilir və bu büro sənədləri öz sahiblərinə çatdırır.
“Təmiz Şəhər” ASC-nin Çeşidləmə zavodunda nəzarətdən keçmiş və təkrar istehsala yararsız olan tullantılarsa yandırılır. Hətta onların arasında bəzən sursatların da yandırma peçlərinə keçməsi halları qaçılmazdır.
ANS-TV