Sosial

Bakıda yük maşını ilə teplovoz toqquşub, dəmir yolunda hərəkət ləngiyib

Metbuat.az

"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə baş verib. Belə ki, keçiddə Gürcüstan vətəndaşı Sərxan Alməmmədov idarə etdiyi "Shacman" markalı avtomobili teplovoza vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.


Qəza ilə bağlı araşdırma aparılır.