Ölkə

Bakıda yoxa çıxan kişidən yeni xəbər

Metbuat.az

Bakıda itkin düşmüş şəxs tapılıb.



Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.



Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini, 1992-ci il təvəllüdlü Xoşbəxt Mirzə oğlu Məmmədov tapılıb.



Onun aprelin 4-də saat 07:30-da evdən gedib qayıtmamışdı.



Polis onun hansı səbəbdən itkin düşdüyünü araşdırılır.

Mənbə
ANS PRESS