Digər

Bakıda yol qəzası törədən avtobus sürücüsü tutuldu

Metbuat.az
Bakıda avtobus sürücüsü yol qəzası törətdiyinə görə tutulub
Trend

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumata istinadən xəbər verir ki, aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı "10-TG-188" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü

Cahid Babayev

in idarəetməni itirərək yol kənarında dayanmış

Zakir Mirzəyev

in idarə etdiyi “Mersedes-Benz” markalı "10-UP-246" dövlət qeydiyyat nişanlı,

Polad Nuriyev

in idarə etdiyi “Daewoo” markalı "10-TF-967" dövlət qeydiyyat nişanlı avtobusları və

Yunis Kazımov

un idarə etdiyi “Opel Vectra” markalı "99-FK-907" dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, Z.Mirzəyevin, habelə avtobusda olan sərnişinlərin xəsarət almaları faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.



Aparılan istintaq zamanı qeyd olunan yol-nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.



Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.



Milli.Az