Digər
Mənbə
ANS PRESS
Bakıda yol polisləri dil öyrənir (FOTO)
Bakıda yol polisləri xarici dil öyrənməyə başlayıblar. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə məlumat verib.
Onun sözlərinə görə, Avropa Oyunlarının keçiriləcəyi vaxt yol polislərinin xarici dil öyrənməsi üçün xüsusi tədbirlər görülür.
“Bunun üçün yol polislərinə Azərbaycan, rus və ingilis dillərində danışıq qaydalarını əks etdirən kitab verilib. Hər bir polis nəfərinə xarici turistlərlə necə davranmaq barədə tapşırıqlar verilib".
DYP rəsmisi artıq əməkdaşlar üçün xüsusi treninqlərin də keçirildiyini deyib.
ANS PRESS