Digər

Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var

Metbuat.az

[ 21 Aprel 2015 13:50 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda yaşayış binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.