Ölkə

Bakıda yarımstansiya yanıb

Metbuat.az

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bakıda yarımstansiya yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli yarımstansiyanın ikinci mərtəbəsində 6 ədəd transformatorun yanar hissələri yanıb.

Yarımstansiyanın qalan hissəsi və 22 ədəd transformator yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az