Ölkə

Bakıda "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans keçiriləcək

Metbuat.az

Bakı. 21 aprel. REPORT.AZ/ "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı konfrans aprelin 27-dən mayın 1-dək Bakıda keçiriləcək. 


"Report" xəbər verir ki, tədbir NATO-nun Azərbaycandakı Beynəlxalq Məktəbi (NISA) tərəfindən təşkil olunacaq.


Konfrans zamanı Xəzər regionunun geosiyasi, hərbi-siyasi, iqtisadi, enerji aspektləri 

Xəzər dənizi

nin hüquqi statusu, regionda təhlükəsizlik və Azərbaycanın buradakı roluna dair məsələlər müzakirə olunacaq.


Konfransda Azərbaycan xarici işlər nazirinin müavini

Araz Əzimov

un iştirakı gözlənilir.