Digər
Bakıda velosipedçini vuran sürücü hadisə yerindən qaçıb
[ 09 Aprel 2015 12:52 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda velosipedçini vuran sürücü hadisə yerindən qaçıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 21.00 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində müəyyən edilməyən avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Rəcəb Oruclu vurulub. Hadisəni törədən sürücü qaçıb. Xəsarət alan şəxsə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nərmanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır