Digər

Bakıda və Neftçalada dənizdən meyit tapılıb

Metbuat.az

[ 20 Aprel 2015 12:59 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda və Neftçalada dənizdən meyit tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində, dənizdə, qəsəbə sakini Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Elə həmin gün Neftçala rayonunun Qoltuq qəsəbəsində də, dənizdə 25-35 yaşlı çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.