Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda beynəlxalq konqres keçiriləcək
Bakı, 22 aprel,
AZƏRTACMayın 4-5-də Bakıda “Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda Azərbaycan uroloqlarının konqresi keçiriləcək.
Azərbaycan Urologlar Assosiasiyası, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Milli Onkologiya Mərkəzinin təşkilatı dəstəyi ilə reallaşacaq kongresdə Almaniya, Avstriya, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyənin uroloqları iştirak edəcək.
Kongresdə Avropa Urologlar Assosiasiyasının urotexnoloji bölümünün sədri, professor Yens Rassvailer urologiyada minimal invaziv əməliyyatların tətbiqinə dair məruzə ilə çıxış edəcək. Eyni zamanda, urologiyanın ən aktual problemlərinə dair məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Bundan başqa, konqres çərçivəsində qabaqçıl uroloqlar tərəfindən “ustad dərsi” (canlı cərrahiyyə) keçirilməsi nəzərə tutulur.