Ölkə

Bakıda “Türkiyə-Azərbaycan Yeddi Ulu Ozan beynəlxalq simpoziumu” keçiriləcək

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Mayın 7-8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Türkiyə-Azərbaycan Yeddi Ulu Ozan beynəlxalq simpoziumu” keçiriləcək. Tədbirin təşkilatçıları Hacı Bektaş Vəli Mədəniyyət Dərnəyi (Türkiyə), AMEA-nın Folklor İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyidir (TƏKA).


AMEA-dan

AZƏRTAC

-a bildirilib ki, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əmini, Virani, Pir Sultan Abdal və Qul Himmət Anadoluda “Yeddi Ulu Ozan” kimi qəbul edilir və tanınırlar. Nəsimi, Xətai, Füzuli Azərbaycanda olduğu kimi Türkiyədə də çox sevilən dahi sənətkarlardır.


Simpoziumun məqsədi hər iki ölkədə bu dahi sənətkarlarla bağlı araşdırmaların aparılmasını təmin etmək, aşıq sənətinə dair mövcud məlumatları toplamaq və qiymətləndirməkdir.


Beynəlxalq tədbirdə alimləri “Yeddi Ulu Ozan” haqqında tədqiqatlarını, həmçinin bu böyük sənətkarlarla bağlı əldə etdikləri yeni məlumatları dünya ictimaiyyətinə təqdim edəcəklər.


Maraqlananlar məruzələrini aprelin 25-dək təqdim edə bilər.