Digər
APA
Milli.Az
Bakıda taksi sürücüsü sinəsindən bıçaqlandı
Bakının Suraxanı rayonu ərazisində, Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
APA
-nın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 28 yaşlı
Vüsal Dadaşovçoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan taksi sürücüsünə tibbi yardım göstərilib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, bıçaq xəsarətləri çoxsaylı olsa da, xəstənin vəziyyəti stabildir. Vüsal Dadaşovun müalicəsi davam etdirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Taksi sürücüsünü kimin bıçaqladığının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Milli.Az