Ölkə

Bakıda rəisləri topladılar

Metbuat.az

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində “Polis və vətəndaş münasibətləri” mövzusunda seminar keçirilib.



Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovun ANS PRESS-ə veridiyi məlumata görə, tədbirdə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Aydın Bəyişov və BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərov, eləcə də, idarənin digər rəisləri də iştirak edib.



2 saata yaxın davam edən tədbirdə çıxış edən Nuşirəvan Səfərov polis vətəndaş münasibətlərindən danışıb. Bu sahadə mövcud problemlərdən bəhs edən rəis, yaranan neqativ halların həll edilməsində cəmiyyətin rolunun böyük olduğunu vurğulayıb.



Seminarda çıxış edən E. Behbudov isə bildirib ki, paytaxtda keçiriləcək Avropa Oyunları zamanı mövcud neqativ halların qarşısını almaq üçün maarifləndirici tədbirlər keçirilməlidir.



“Ölkəmizə qonaqlar gələcək və bir məlumat lazım olanda polisə yaxınlaşacaq. Eyni zamanda, seminar zamanı yol polisi müfəttişlərinə irad və tövsiyələrimizi dedik, nöqsanları diqqətlərinə çatdırdıq. Onlar çıxışlarımızdan razılıqlarını bildirdilər”, - deyə E. Behbudov seminarda bildirib.



Tədbirdə yol polisilə vətəndaşlar arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində bəzi məsləhət və tövsiyyələr verilib. Cəmiyyəti maraqlandıran suallar cavablandırılır.

Mənbə
ANS PRESS