Bakıda region gəncləri üçün növbəti layihə həyata keçirilib
Bakı, 1 aprel,
AZƏRTACSağlam Gəncliyə Doğru İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakıda həyata keçirdiyi “Region gəncləri üçün “Knotty game”in təşkili” adlı layihə yekunlaşıb.
İctimai Birlikdən
AZƏRTAC-a verilən məlumata görə, iki gün ərzində həyata keçirilən layihədə gənclər üçün yeni sayılan “Knotty game” adlı intellektual oyunun qaydaları izah edilib.
Layihə çərçivəsində komandaların müxtəlif mövzularda maraqlı və əyləncəli yarışı olub.
Sonda qaliblərə kubok və sertifikatlar təqdim edilib.
Bu, Sağlam Gəncliyə Doğru İctimai Birliyinin region gəncləri üçün təşkil etdiyi ilk layihə deyil. Bundan əvvəl 14-29 yaş arası gənclərin intellektual inkişafına dəstək məqsədilə “Gənclər üçün fərdi inkişaf düşərgəsi” layihəsi də təşkil edilib.