Ölkə

Bakıda “Red Bull Paper Wings 2015” çempionatının milli finalı start götürüb VİDEO

Metbuat.az

Bakı, 4 aprel, Raisa Abbasova,

AZƏRTAC

Aprelin 4-də Bakı Dəniz Vağzalında “Red Bull Paper Wings 2015” çempionatının milli finalı start götürüb.


AZƏRTAC

xəbər verir ki, finalda BDU-nun və digər universitetlərin - Azərbaycan İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Texniki Universitetinin tələbələri iştirak edirlər.


Milli finalın üç qalibi Azərbaycanı “Red Bull Paper Wings” dünya finalında təmsil edəcək. “Red Bull Paper Wings” - havaya kağız təyyarəciklər buraxılması üzrə beynəlxalq çempionatdır. Dünyanın hər yerindən tələbələr ən qısa müddətdə bədii baxımdan orijinal və texniki cəhətdən qüsursuz kağız təyyarəciklər düzəltmək bacarığına görə yarışırlar. Bunun üçün yalnız yarışlarda iştirak etmək arzusu olmalıdır. Əsas məsələ uçuşun məsafəsi, müddəti və aerobatikadır.