Digər

Bakıda qorxunc qəza

Metbuat.az
Bakının Qaradağ rayonunda yük avtomobili teplovozla toqquşub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, aprelin 11-də saat 10 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindəki qorunmayan keçiddə Gürcüstan vətəndaşı

Sərxan Alməmmədov

idarə etdiyi “Shacman” markalı avtomobilini teplovoza vurub.



Nəticədə xəsarət alan olmayıb, dəmir yolunda hərəkət 30 dəqiqə dayanıb.



Araşdırma aparılır.



Milli.Az