Digər
Milli.Az
Bakıda qətl olub
Bakıda iki tüfeyli dalaşıb, biri digərini qətlə yetirib
Bakının Səbail Rayon Prokurorluğundan
Trend-ə verilən məlumata görə, aprelin 11-də saat 16:30 radələrində Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü, tüfeyli həyat tərzi keçirən
Vladimir Kopyorkinhəmyaşıdı, 1970-ci il təvəllüdlü, özü kimi tüfeyli həyat tərzi keçirən
Rafiq Ağayevi bıçaqla qətlə yetirib.
Səbail Rayon Polis İdarəsi və Rayon Prokurorluğu əməkdaşlarınn həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətmiş V.Kopyorkin tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az