Ölkə
Mənbə
ANS PRESS
Bakıda qadını ölüm mənzilində haqladı
Bakının Nərimanov rayon sakini dəm qazından zəhərlənib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 12-də Nərimanov rayonu ərazisində yaşayan Dilarə Sadıqova mənzilində dəm qazından zəhərlənərək ölüb.
Faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi əhalinin təhlükəsizliyi üçün bir daha xatırlatma edib.
Dəm qazının yaranmasının əsas səbəbləri nasaz və standartlara uyğun olmayan qaz cihazları, işlək vəziyyətdə olmayan ventilyasiya sistemi və tüstü bacalarıdır.
Mənbə
ANS PRESS