Digər
Milli.Az
Bakıda qadın ölümü ağrıdan üstün tutdu
Bakıda intihar hadisəsi baş verib
Nizami Rayon Polis İdarəsindən
APA-ya verilən məlumata görə, hadisə rayonun Naxçıvanski küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Orada yaşayan 45 yaşlı
Gülnarə Qəzənfər qızı İbadullayevayaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Polisdən bildirilib ki, G. İbadullayeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilməyən qadın gecə saatlarında intihar edib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Milli.Az