Bakıda qadın kirayə pulunu verməmək üçün görün nəyə əl atdı...
Bakıda kirayə pulu verə bilməyən qadın ağılsız addım atıb. Milli.Az xəbər verir ki, Binəqədi rayonu ərazisində kirayə yaşayan Salyan rayon sakini
Aynur Məcidovadünən polisə gedərək cinayətə məruz qaldığını deyib. Bildirib ki, aprelin 8-dən 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evdən qapının qıfılını sındırmaq yolu ilə qızıl, geyim və məişət əşyaları oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı A.Məcidovanın evindən oğurluq hadisəsinin baş verməməsi və onun polisə bilə-bilə yalan məlumat verməsi müəyyən edilib.
Bölmədən
Milli.Az-a bildirildi ki, A.Məcidova yalan danışmasını kirayə pulunu verə bilməməsi ilə əlaqələndirib. Evinin oğurlanmasını deməklə kirayə pulundan yaxa qurtarmaq istəyib. Toplanmış material rayon prokurorluğuna göndəriləcək.
Gülər
Milli.Az