Digər

Bakıda peşə məktəbinin direktoru öldü

Metbuat.az

Bakı Turizm Peşə Məktəbinin direktoru vəfat edib. Mədəniyyət və Turizm Nazirliuyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Babayev Faiq Ələskər oğlu bu gün dünyasını dəyişib.



Babayev Faiq Ələskər oğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, texnoloq, mühəndis ixtisası üzrə həmin ali təhsil ocağını bitirib.



O, 1981-1993-cü illərdə Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis işləyib. 1993-2000-ci illərdə özəl şirkətdə rəhbər vəzifələrdə işləyib. Həmin ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru vəzifələrində çalışıb.



2012-2013-cü illərdə Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin tədris istehsalat işləri üzrə direktor müavini, 2013-cü ildən isə həmin tədris ocağının direktoru vəzifəsində işləyirdi.


Ailəli idi, 3 övladı var.



Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi Bakı Turizm Peşə Məktəbinin direktoru Babayev Faiq Ələskər oğlunun vəfatından kədərləndiyini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.



Allah rəhmət eləsin!

Mənbə
ANS PRESS