Digər

Bakıda ötən il ölən şəxsin meyiti tapılıb

Metbuat.az

[ 08 Aprel 2015 12:20 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda ötən il ölən şəxsin meyiti aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polisə rayon ərazisində  meyit tapılması barədə məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşı meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü Qalina Konstantina Leaniodovna olduğu məlum olub.

İlkin araşdırma zamanı Q. Konstantinanın ötən il dekabr ayının 22-də öldüyü məlum olub.

Q. Konstantinanın meyitinin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib.

Polisdən Q. Konstantinanın tüfeyli həyat tərzi keçirdiyi məlum olub

Faktla bağlı araşdırma aparılır.