Digər
Milli.Az
Bakıda oteldə yanğın: 20 nəfər xilas edildi
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Milli.Az FHN-ə istinadən bildirir ki, yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də söndürülüb.
Milli.Az