Digər

Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub

Metbuat.az

[ 18 Aprel 2015 18:23 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 17-də Nəsimi rayonu ərazisindəki gözəllik salonundan 100 manat oğurlamış Hacıqabul şəhər sakini Şəfa Rzayeva Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ş. Rzayeva 22-ci Polis Bölməsinə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.