Digər

Bakıda oğurluq və cibgirlikdə şübhəli bilinən şəxs tutulub

Metbuat.az

[ 18 Aprel 2015 15:45 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq və cibgirlikdə şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət - Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının birgə  keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlik cinayətində şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Nəriman İqramuddinoviç Salmanovdan 3,659 qram narkotik vasitə olan tiryək götürülüb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, ötən il noyabrın 7-də Əmircan qəsəbə sakini Məzahir Hüseynovun evindən bankomat kartı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.