Digər

Bakıda minik avtomobili qatara çırpılıb, yaralı var

Metbuat.az

Bakının Sabunçu rayonu ərazisində yük qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.



APA

-nın məlumatına görə, hadisə "Atəşgah" dairəsində baş verib.


 


"Lada Priora" markalı avtomobilin sürücüsü dəmiryolu keçidindən keçərkən qatarın yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb. Yük qatarının çatdığını görən sürücü idarəetməni itirib və maşın qatara çırpılıb. Hadisə nəticəsində sürücü

Xeyirbəyov Akif Namaz oğlu

xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.


 


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



Milli.Az