Digər

Bakıda meyiti tapılan şəxsin 9 il öncə itkin düşdüyü məlum olub

Metbuat.az

[ 01 Aprel 2015 12:53 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda meyiti tapılan şəxsin itkin kimi qeydiyyatda olduğu məlum olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində tapılan meyitin 2006-cı ilin iyun ayında itkin düşən Sabirabad rayon sakini Mərifət İsmayılov olması müəyyən edilib.