Digər
Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan qadın tutulub
[ 14 Aprel 2015 13:01 ]
Bakı. Fuad Cəfərov - APA. Mənzildən xeyli miqdarda pul oğurlayan qadın saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Quliyevin evindən 58000 manat dəyərində qızıl əşyalar oğurlayan Bakı şəhər sakini Zümrüd Rəhimova tutulub.