Ölkə
ANS PRESS
Bakıda mənzildə qadın meyiti tapıldı
Bakıda mənzildə meyit aşkarlanıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 1946-cı il təvəllüdlü Tağızadə Ayna Müzəffər qızının mənzildə bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıblar. Onlar A. Tağızadənin cəsədini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.
MənbəANS PRESS