Digər

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub

Metbuat.az

[ 07 Aprel 2015 07:33 ]



Bakı-APA. Bakının Xətai rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:37-də başa çatıb.