Digər
Milli.Az
Bakıda məcburi köçkünü güllələmiş şəxslər tutulublar
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ)
Trend-ə verilən məlumata görə, aprelin 15-də saat 22:50 radələrində, Şüvəlan qəsəbəsi “Gənc Kosmonavt” düşərgəsində məskunlaşmış Laçın rayon sakini
Bəxtiyar Hüseynova yaşadığı evin qarşısında odlu silahdan atəş açaraq xəsarət yetirilib.
Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü
Abbas Arzu oğlu Dünyamalıyevvə Şabran rayon sakini, 1985-ci il təvəllüdlü
Elnur Gülü oğlu Xıdırovtutulub.
Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı təklülə ov tüfəngini könüllü təhvil verib.
Milli.Az