Ölkə

Bakıda lal-kar oğlan cinayət törətdi

Metbuat.az

Bakıda yeniyetmə oğlan oğurluğa cəhd edərkən saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 8-də saat 06 radələrində Xətai rayonunun N.Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş 13-15 yaşlı lal-kar olan oğlan (şəxsiyyəti müəyyənləşdirilir) Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 35-ci PB-yə təhvil verilib.

Araşdırma aparılır.