Digər

Bakıda körpə doğuş zamanı ölüb

Metbuat.az

[ 07 Aprel 2015 11:34 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatanda yerləşən 4 saylı Doğum Evində qeydə alınıb. Gülnur Bəhruz qızı Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölüb. Uşağın hansı səbəbdən ölməsi hələlik məlum deyil.

4 saylı Doğum Evindən APA-ya faktı təsdiqləsələr də, əlavə açıqlama verilməyib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.