Digər
Gülər
Milli.Az
Bakıda keçmiş kirayəşinlə ev sahibinin qız davası
Bakıda keçmiş kirayəşin evində qaldığı qadının qanını axıdıb, amma səbəb pul yox, qızdır
Milli.Az xəbər verir ki, aprelin 16-da Binəqədi qəsəbəsində yaşayan
Məryəm Namazovayaşadığı evdə bir müddət əvvəl onun evində kirayə qalmış
Azər Əfəndiyevtərəfindən bıçaqlanıb. Binəqədi polisi A.Əfəndiyevi tutub.
Binəqədi rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, A.Əfəndiyev dünən Məryəmin evinə gəlib. Görüb ki, onun qaldığı evi başqa bir qız kirayələyib. Həmin qıza söz ataraq tanış olmaq istəyib. Bunun üstündə Məryəmlə mübahisəsi düşüb və bıçaqla ona xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanıb.
Gülər
Milli.Az