Digər

Bakıda itkin düşmüş şəxs tapılıb

Metbuat.az

[ 18 Aprel 2015 11:47 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda itkin düşmüş şəxs tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 4-də saat 07:30 radələrində evdən gedib qayıtmamış Buzovna qəsəbə sakini, 1992-ci il təvəllüdlü Xoşbəxt Mirzə oğlu Məmmədov tapılıb.