Digər
Bakıda istifadəyə yararsız 6 ədəd “İSUZU” markalı avtobus yanıb
[ 11 Aprel 2015 19:54 ]
Bakı-APA. Bakı şəhəri, Suraxanı rayonunda qarajın ərazisində istifadəyə yararsız 6 ədəd “İSUZU” markalı avtobus yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, digər avtobuslar yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.