Digər

Bakıda istifadə olunmayan tikilidə yanğın baş verib

Metbuat.az

[ 11 Aprel 2015 16:04 ]



Bakı-APA. Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.

APA-nın xəbərinə görə, hadisə Xətai prospekti 5 ünvanında qeydə alınıb. Həmin ünvanda hazırda istifadə olunmayan tikilidə yanğın başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qısa vaxtda yanğının qarşısı alınıb, alovun digər tikililərə keçməsinə imkan verilməyib.