Bakıda "İslam maarifçiliyi və müasir dövr" adlı beynəlxalq konfrans keçirilir
[ 16 Aprel 2015 11:09 ]
Bakı. Mübariz Aslanov - APA. Azərbaycan paytaxtında “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfrans başlayıb. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş, Finlandiya, Almaniya, Avstriya, İsveç, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan gəlmiş hökumət üzvləri, tanınmış elm və din xadimləri, Azərbaycandakı xristian və yəhudi icmalarının nümayəndələri iştirak edirlər.
Konfransda "Qloballaşan dünyada İslam maarifçiliyinin əhəmiyyəti", multikulturalizm, dinlərarası dialoq və digər məsələlər müzakirə olunacaq.