Bakıda iki oğlan əlbir olub qızı soydular
Hər iki şübhəli saxlaılıb və işlədikləri cinayəti etiraf edib
Bakının Binəqədi rayonunda qıza qarşı soyğunçuluq edən iki gənc saxlanılıb. Hadisə "Azadlıq prospekti" metrosunun yanında baş verib. Nefçala rayon sakini, 22 yaşlı
İsmət Abbasovvə 20 yaşlı
Röyal Mehdiyev Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Saxlanılan şəxslər istintaqa ifadələrində törətdikləri əməli etiraf ediblər.
Milli.Az-ın
anspress-ə istinadən məlumatına görə, pula ehtiyacları olduğu üçün bu yola əl atdıqlarını deyən İsmət Abbasov zərərçəkmişi 155 saylı marşrut avtobusunda müəyyənləşdirdiklərini deyir. Zərərçəkmiş Türkan Məmmədova "Azadlıq" metrostansiyasının yaxınlığında marşrutdan düşüb. Dostlar da onun arxası ilə gediblər. Qız ara küçəyə girəndə dostlar öz əməllərini həyata keçiriblər.
Onlar polisə verdikləri ifadələrində təqsiri bir-birilərinin üstünə atıblar.
Polis qarət olunan planşeti maddi sübut kimi götürüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində saxlanılan hər iki şəxs barəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Milli.Az