Digər
Gülər
Milli.Az
Bakıda iki maskalı gənc xanıma divan tutdu
Bakıda evə soxulan maskalılar gənc qadının başına oyun açıblar. Milli.Az xəbər verir ki, dünən gecə saatlarında Xətai rayonu General Şıxlınski küçəsindəki mənzildə yaşayan 24 yaşlı
Xatirə Əliyevanın evinə basqın edilib.
İki nəfər maskalı X.Əliyevanın əllərini və ağzını yapışqanla bağlayaraq ölümlə hədələyiblər. Qadın evindəki qızıl və pulların yerini maskalılara deməyə məcbur olub. Onlar mənzildən külli miqdarda qızıl, 10 min dollar aparıblar.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gülər
Milli.Az