Bakıda gənc müəmmalı şəkildə yoxa çıxıb (VİDEO)
31 yaşlı Şamaxı rayon sakini Bakıda itkin düşüb.
ANS TV-nin məlumatına görə, 19 mart 1984-cü ildə doğulan Şamaxı rayon sakini Musayev Rəşad Akif oğlu 28.02.2015-ci ildə yaşadığı evdən çıxıb Bakıya, yəni Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Yeni maasivdə yerləşən qardaşı evinə gəlib.
Musayev Rəşad Akif oğlu işləmək məqsədilə mart ayının 12-də qardaşı evindən çıxıb və bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu təxinən 170 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları qara, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli gödəkçə, ağ rəngli sviter, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Rəşad Musayevi görənlərdən və ya bu itkin şəxs barədə hər hansı bir məlumatı olanlardan (050) və ya (055) 411-21-42 nömrəli mobil və (02026) 5-02-14 nömrəli şəhər telefonlarina zəng edərək bu barədə itgin düşən şəxsin ailəsinə məlumat vermələri xahiş olunur.
İtginlə bağlı “qaynar xətti”miz olan 050-203-02-02 mobil nömrəsinə də zəng edərək xəbərlərinizi çatdıra bilərsiniz.
ANS TV