Digər

Bakıda gecə dəhşəti: 2 nəfər öldü - FOTO

Metbuat.az

Ötən gecə paytaxtın Sabunçu rayonunda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.



APA TV

-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. İçində 4 nəfərin olduğu yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı hasara çırpıb.


 


Divara çırpılan avtomobil daha sonra 2 yeniyetməni vurub. Onların hər ikisi elə hadisə yerində dünyasını dəyişib. Maşında olan 15 yaşlı

Kənan Hüseynov

və 13 yaşlı

Aftandil Vahidov

isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılar dərhal əməliyyat olunublar.


 


Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti ağırdır. Qəza törədən sürücü 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.


 


Faktla bağlı araşdırma aparılır.







Milli.Az