Bakıda erməni qadının şousu (VİDEO)
Rusiyada kifayət gədər məhşur olan “Comedy woman” şousunun iştirakçıları Bakıya gəlir. Onlar paytaxtda konsert proqramı ilə çıxış dəcəklər. İlk baxışdan burada heç bir təəcübləndirici hal yoxdu. Bakıya demək olar ki, hər həftə məhşur sənətçilər gəlir. Məsələ burasındadır ki, “Comedy woman” şousunun təsisçi erməni əsilli bir qadındır.
ANS TV-nin məlumatına görə, rəhbəri və təsisiçisi erməni əsilli Natalya Yeprikyan olan televiziya şousu Bakıda çıxış edəcək. Rusiyanın məşhur telekanalının “Comedy woman” adlı yumoristik heyəti Bakıya "33 Event" şirkətinin təşkilatçılığı ilə gəlir.
May ayının 23-də “Buta Palace”da çıxışı gözlənilən bu qrupun biletləri artıq şəhərin kassalarında da satışa çıxarılıb. Əlavə məlumat üçün deyək ki, adıçəkilən kanalda bu səpgili yumoristik bir neçə veriliş var. Hansı ki, buradakı səhnəciklərdə mütəmadi olaraq erməni təbliğatı aparılır. Nəzərə alsaq ki, təşkilatçılar bu şounu heç də xeyriyyəçilik məqsədilə deyil, qazanc niyyətilə ərsəyə gətirirlər, onda azərbaycanlı birinin bir neçə min manata görə erməni ilə danışığa girməsi hələ də təəcüb doğurur.
Belə olan halda "33 Event" şirkətinin bilet sifarişi üçün qoyduqları nömrə ilə əlaqə saxladıq. Özünü təqdim etmək istəməyən şəxs suallarımıza, telefonu üzümüzə çırpmaqla dırnaqarası cavab verdi.
Şəhər kassalarının satıcılarından şəxsin kimli ilə bağlı əlavə məlumat əldə etmək niyyətimiz də bir nəticə vermədi.
“Bizdə “Comedy woman” şousunun biletləri satışı həyata keçirilir. Hələlik kifayət qədər yer olduğu kimi müraciətlər də var. Biletin qiymətlərinə gəlincə, 50 manatdan 150 manata arasında dəyişir”, – deyə kassa satıcısı bildirdi.
Məsələ ilə bağlı mədəniyyət və turiz nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov bildirdi ki, nazirliyin özəl şirkətlərə bağlı mövcud qanunvericilikdə heç bir təsir mexanizmi yoxdur:
“Tədbirin keçirildiyi məkan, eləcə də tədbirin təşkilatçısı özəl qurum tərəfindən həyata keçirilir. Qeyd edim ki, tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi deyil".
ANS TV: Elgiz Nəbili