Digər

Bakıda "Əli və Nino"nun aktyorlarından birini döydülər

Metbuat.az
İranlı aktyor xuliqanlıqla üzləşib

Bakıda xuliqanlıq hadisəsi baş verib.



Lent.az

-ın məlumatına görə, İran vətəndaşı, 1990-cı il təvəllüdlü

Hüseyni Heyrəbadi Məhəmməd oğlu

39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən saat 06 radələrində Xəqani küçəsi 14 ünvanının qarşısında xuliqanlıq zəminində döyülüb. Şikayətçi ona hücum edən şəxsin adının Orxan olduğunu əlavə edib.



İlkin araşdırmalardan sonra məlum olub ki, H.Hüseynini döyən şəxs Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü

Kazımov Orxan Yusif oğlu

dur.



O da məlum olub ki, zorakılıqla üzləşmiş şəxs Bakıda çəkilən “Əli və Nino” filminin aktyorlarından biridir. H.Hüseyni filmdəki bəzi səhnələrdə kaskadyorluq edir və şəhərin mərkəzində yerləşən otellərdən birində qalır.



Müraciət əsasında araşdırmalar davam etdirilir.



Milli.Az