Digər
Bakıda dəhşətli avtobus qəzası: 4 ölü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Zabrat-Maştağa yolunda 105 saylı marşrut xəttində işləyən avtobusla minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan 4 nəfərin öldüyü bildirilir.
Fövqəladə Hallar Hazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları və Təcili Tibbi Yardımın hadisə yerinə gəlib.
Hadisə barədə əlavə məlumat veriləcək.
Milli.Az