Bakıda “Dədəm Ənvər paşa” kitabının təqdimatı olub
Bakı, 3 aprel, S.Allahverdiyeva,
AZƏRTACAprelin 3-də Mətbuat Şurası və Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Bakıda Ənvər Paşanın nəvəsi Osman Mayatepekin “Dədəm Ənvər paşa” kitabının təqdimatı olub.
AZƏRTAC
xəbər verir ki, tədbirdə çıxış edənlər bildiriblər ki, kitabda müharibə illərində Türkiyədə hərbi nazir olmuş Ənvər Paşa haqqında ayrı-ayrı mənbələrdə rast gəlinən tarixi yanlışlıqlar qabardılır və onların düzgün variantları diqqətə çatdırılır.
Osman Mayatepek 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edən Qafqaz İslam Ordusunun komandanı əmisi Nuru Paşa və babası Ənvər Paşanın qəhrəmanlıqlarından danışıb. Bildirib ki, Qafqaz İslam Ordusu məhz Ənvər paşanın nazir olduğu dövrdə yaradılıb. Qeyd edib ki, iki ilə yaxın müddətdə yazdığı bu kitabda daha çox Ənvər Paşanın bilinməyən tərəfləri önə çıxarılıb. O deyib: “Mən bu gün öz məmləkətimdəyəm. Babam, əmim və onların əmisi bu ölkədə uğurla vuruşub və unudulmur. Çox sevindirici haldır ki, Azərbaycanda Ənvər paşanı çox yaxşı tanıyırlar”.