Digər

Bakıda "daş yağışı": gənc yaralandı - FOTO

Metbuat.az
Hadisənin başvermə səbəbləri araşdırılır

Bakıda 23 yaşlı gənc bədbəxt hadisə ilə üzləşib.



"Report"

un məlumatına görə, Xətai rayonu ərazisində tikilməkdə olan hündürmərtəbəli binalardan birinin qarşısından keçən Bakı sakini

Emin Gözəlov

un başına həmin tikilidən daş parçaları tökülüb. Hadisə nəticəsində xəsarət alan gənc 1 Saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı yaralının baş nahiyəsindən zədələndiyi və qolunun sındığı məlum olub.



Hadisə barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə məlumat verilib. Hazırda bölmənin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.



Milli.Az