Ölkə

Bakıda çoxmərtəbəli binada yanğın: 1 nəfər yaralanıb

Metbuat.az

Bakıda yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb. Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.