Ölkə

Bakıda çoxmərtəbəli bina yandı

Metbuat.az

Bakıda yaşayış binasında yanğın baş verib.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.



Binanın 14-cü mərtəbəsinin ümumi dəhlizində vətəndaşa məxsus həcmi 5 litr olan qaz balonunun başlıq hissəsi yanıb.



Yanğın zamanı ev sahibi yüngül yanıq xəsarətləri alıb. Mənzillər yanğından mühafizə olunub.



Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS